İsrail Strateji Araşdırmalar Mərkəzi İŞİD-in bölgədə zəifləməsindən narahat olduğunu bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Strateji Araşdırmalar Mərkəzi “Begin Sadat”ın rəhbəri Efraim İnbar yazısında İŞİD-in İranın Qərbi Asiyaya hakim olmaq istəyini zəiflətmək üçün faydalı bir vasitə olduğunu və İŞİD-in yox edilməsinin böyük səhv olduğunu iddia edib.


Efraim İnbar İŞİD-i yox etməyin Rusiya və Suriyanın güclənməsinə səbəb olacağı, eyni zamanda bu ölkələrin Qərb Asiyaya nüfuz etmələrinin İranın İraqa nəzarətini artıracağını və “Hizbullah”ın İŞİD ilə müharibəni bitirməsinə səbəb olacağını bildirib.


İnbar yazısının davamında Qərbi Asiyada sabitliyin öz başına bir dəyəri olmadığını bildirərək, "Sabitlik bizim (İsrailin) mənafeyimizi qarşıladığı zaman arzu ediləndir. İŞİD-in məhv edilməsi İranın bölgəyə ağalığını və hakimiyyətini artıracaq, Rusiyanın Qərbi Asiyadakı rolunu gücləndirəcək və Əsəd rejiminin müddətini uzadacaqdır. Tehran, Moskva və Dəməşq bizim dəyərlərimizə sahib deyillər, Amerika və Qərbə yardım etməyə əhəmiyyət vermirlər", - deyib.


İsrail Strateji Araşdırmalar Mərkəzi sədri son olaraq bunları deyib: "Amerika Prezidenti Barak Obama bölgədə əsl düşməninin İŞİD deyil, İran olduğunu anlaya bilmədi. Amerika İŞİD təhlükəsinin yayılması ilə İranın Qərbi Asiyada İŞİD ilə döyüşməkdə rolunu qanuniləşdirir. Bu məsələ Amerika hökumətinin İran ilə Nüvə Müqaviləsi məntiqinin və Obamanın siyasi irsinin əsas ideyasıydı. Amerika hökuməti İŞİD-in İranın Qərbi Asiyaya hakim olmasını əngəlləmək üçün faydalı bir vasitə olduğunu anlaya bilmədi".




Mənbə: Tasnim Oxunub: 219 dəfə; Tarix: 2016-08-11 17:19:49
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında