Banu Avar Türkiyədə baş verən son hadisələrdən eastnews.org-a danışdı


Türkiyənin bır sıra televiziya kanallarında, xüsusilə son illərdə TRT-də təqdim etdiyi ictimai-siyasi sənədli filmlərlə dünya mətbuatına böyük töhfələr verən, Türkiyənin tanınmış jurnalist və aparıcılarından olan Banu Avar ölkəsinin gündəmi ilə bağlı yeni açıqlamalarla çıxış edib.

 

Eastnews.org-a "Gərilən ip üzərində..." adlı məqalə təqdim edən B.Avarın fikirlərini tam şəkildə izləyicilərə təqdim edirik.     

  

"Gərilən ip üzərində...

 

"Tayyip Ərdoğan sabah Sankt Peterburqda Putinlə görüşür..."

 

Bir anda, Suriya səbəbiylə yaxşıca sərtləşən münasibətlər yaşadığımız Rusiya "Dost və müttəfiq, strateji ortaq" elan edildi... 

 

Bir anda bu günə qədər hər nöqtəmizlə, razılaşmalarla bağlı və asılı olduğumuz Avropa Birliyinə, 70 ildir müdafiəmiz başda olmaqla hər sahəmizdə varlığını hiss etdirən ABŞ və uzantılarına dirsək göstərilir.

 

Bağlı olduğumuz bu anlaşmaların ən ölümcülləri AKP iqtidarı dönəmində imzalanmışdı. Xüsusilə bir kukla dövlət quruluşuna yol açacaq "Əkiz Qanunlar 2003"də, "Bölgələrdə İnkişaf Mərkəzləri" isə 2006-cı ildə imzalandı. 

 

Dövlət çevrilişi və ardınca yaxşıca müəyyənləşən bir "xarici siyasət fərqliliyi" yaşayırıq. 

 

Şanxay Əməkdaşlıq Təşkilatına göz qırpan və "çevriliş" sonrası ilk yüksək səviyyəli görüşün Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə gerçəkləşməsi, Putinlə "strateji müttəfiqlik" 

görəsən uzunmüddətli sevgiyə nisbət vermək üçündürmü?

 

Amerika və İsrailin qapalı əməliyyatlarını, rəngli çevrilişlərini, "ılımlı İslam" və mədəniyyətlər toqquşması və ittifaq nəzəriyyələrini, hər növ "baharlarını" və "genişləndirilmiş və böyük" layihələrini gündəmə çıxardığı üçün ABŞ səfirinin XİN-ə mütəmadi müdaxiləsiylə TRT-dən çıxarılmış biri kimi bu sualı mən soruşmayım, bəs kim soruşsun?!

 

Bu bir "təngnəfəs" dəyişiklikdirmi? AKP və Ərdoğana xüsusilə son bir ildir ki, Qərb mətbuatında "dəliyə süpürülmə", "istifadə müddəti bitdiyi" kimi xəbərlərlə xəbərdarlıqlar edilir. Bu günə qədər icra etdiyi siyasətlərdən fərqli yollara yönələrsə, başına gələcəklər qulağına fısıldanır. Bəzən 70 illik "anlaşmalarla", bəzən NATO asılılığı ilə, yeri gəldikdə 600 milyard dollarlıq xarici borcu xatırladılaraq, "demokratiya və insan haqları və azadlıqlar" mövzusundakı reytinqlərdəki enişləri vurğulanaraq, bəzən də PKK və PYD ilə məşğul olmaması və yenidən "HƏLL/HƏLL OLMA" mərhələsinə keçməsi mövzusunda xəbərdarlıqlar edilir.

 

Qlobal elitanın ona və iqtidarına "son biçmiş" olduğunu anlayan AKP və Ərdoğan 14 il icra etdiyi "Ergenekonlu", "Balyozlu", "Haburlu", "Oslolu", "Çözüm süreçli", Suriya və İraqda qərbin baş vəzifəlisi statusundan bambaşqa bir dənizəmi yelkən açır?

 

İsveçrənin L’Hebdo dərgisində, "Qərb Türkiyə-Rusiya görüşləri mövzusunda narahatlıq duymaqda çox haqlıdır", "Putin-Ərdoğan görüşünün nəticəsi kimi Ərdoğanın Suriya mövqeyini dəyişdirməsi böyük ehtimaldır" deyilir. "Bloomberg"in Henry Meyer-i "Qərbin başaşağı siyasətləri üzərinə basan Putinin Türkiyə üzərindən NATO-nu da sarsıdacağını söyləyir. İngilis və amerikan mətbuatı bənzər şərhlərlə doludur. 

 

Elə isə buradan haraya gedirik? Gözləyib, görəcəyik..."

 




Mənbə: Eastnews.org Oxunub: 845 dəfə; Tarix: 2016-08-11 03:47:27
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında