Hüsnü Mahallı: "MKİ ilə zarafat olmaz, ölkənin vəziyyəti ortadadır"


Qərbi Asiya (Yaxın Şərq) regionu, xüsusilə Suriya mövzusunda Türkiyənin aparıcı ekspertlərindən olan Hüsnü Mahallı ölkədə yaşanan hadisələrlə bağlı yeni məqalə qələmə alıb. Ekspertin "Yeni dövrmü başlayır?!" başlıqlı məqaləsini oxuculara təqdim edirik:


14 fevral 1999-cu ildə Öcalanı Keniyadan qaçıran MKİ gətirib Ankaraya təslim etdi. O dövrün Baş Naziri rəhmətlik Ecevit “Amerikalıların birdən-birə Aponu nə üçün gətirib bizə verdiyini heç cür anlaya bilmədim”, - dedi. Ecevitin anlamadığı həqiqət tam 38 gün sonra məlum olacaqdı. Aponu Ankaraya təslim edən MKİ uzun müddətdir mühüm vəzifələr üçün hazırladığı Fətullah Güləni 22 mart 1999-cu ildə apardı ABŞ-a.


Əvvəlini unutsaq belə o gündən sonra FETÖ-çülər dövlətin hər tərəfində təşkilatlanmağa başladı. 2002-ci ildən sonra AKP hakimiyyəti onlar üçün "Qızıl Dövr" oldu.


“İslam qardaşlığı” ilə birlikdə mübarizə.
Kimə qarşı? Əlbəttə özlərinə qarşı olan bütün “İslam düşmənləri”nə...


Hər AKP-çinın mütləq bir və ya birdən çox FETÖ-çü həyat yoldaşı, dostu, yoldaşı, namaz yoldaşı və tərəfdaşı var. Gülən hər kəs üçün xeyir duası alınması lazım olan "Hoca Əfəndi"dir.


AKP-FETÖ ittifaqı Türkiyəni pərişan etdi. Ordu, cəmiyyət, hüquq-mühafizə, xüsusi xidmət və dövlət darmadağın... Bu ittifaq və MKİ dəstəkli məzhəbçi ortaq ideologiya başda Suriya və İraq olmaq üzrə məkanımızı qan və göz yaşında boğdu. 17-25 dekabr hadisələri prosesi dayandırmadı. Müttəfiqinin zərbəsinə rəğmən AKP təkbaşına demokratiya düşməni siyasətlərini davam etdirdi. FETÖ-çülər də dövlət içində dövlət olmağa davam etdilər. AKP onlara toxunmadı. Bu işdə bir qəribəlik var. Bəlkə də, AKP digər camaat və təriqətləri qorxutmaq istəmirdi.


29 iyun 2016-cı ildə görün Prezident Ərdoğan nə deyirdi:
“Dövlət idarəçiliyinə də girmişdilər. Bəlkə hələ də varlar. Onlar üzərində çalışırıq. Ya özləri istefa verib gedərlər, ya da biz lazım olanı edərik. Hara getsələr getsinlər, amma bura ləkə sala bilməzlər”.


15 iyulda FETÖ-çülər dövlət idarəçiliyində deyil, dövlət və cəmiyyətin hər bir yerində olduqlarını sübut etdilər. Bəlkə dövlət idarəçiliyində belə. MKİ bu məsələlərdə çox təcrübəlidir.


Prezident Ərdoğan görün 3 avqustda nə dedi:


“Rəhmətlik Özal, Ecevit və hətta biz də bu quruluşa vaxtında yaxşı niyyətlə dəstək vermişik. Mən də qatılmadığım bir çox cəhətləri olmasına baxmayaraq, hamı kimi köməkçi oldum. Bu təbəqənin istifadə etməsini təmin etdik. Allah dedikləri üçün yardım göstərdik. “Bir ortaq tərəfimiz var”  dedik. Bu quruluşun tamamilə başqa niyyətləri olduğunu uzun müddət görməmişdik görmədik. Bu xain quruluşun əsl üzünü ortaya tökə bilməməyin  üzüntüsü içindəyəm. Həm Rəbbimə, həm də millətimizə verəcək hesabımız olduğunu bilirik. Rəbb də, millətimiz də bizi bağışlasın”.


Rəbbi bilmirəm, amma 17-25 dekabrı bağışlayan millət bu səhvi də bağışlayar.


Bəs sonra nə olacaq? Hər şey Prezident Ərdoğanın bu çıxışındakı yaxşı niyyət və səmimiyyətinə bağlıdır. Bunun 3 şərti var:


1. 2011-ci ildən sonrakı anti-demokratik və mürtəce bütün siyasətlərdən imtina etmək.


2. İŞİD tərəfdarları başda olmaqla, ölkə daxilindəki bütün dini təriqət, camaat və qruplarla arasındakı münasibətə məsafə qoymaq və cəmiyyətin bütün təbəqələrinə uzlaşma və sülh əlini uzatmaq.


3. Bu iki şərtin ön şərti isə başda Suriya olmaqla, bölgədəki İslamçı silahlı-silahsız bütün qruplardan uzaq durmaq.


Bunu etməyən AKP əsla dəyişməz. AKP dəyişmədiyi müddətdə Türkiyə daha çox qanlı təhlükələrlə qarşı-qarşıya qalacaq. Ordusu dağıdılmış, dövlət qurumları darmadağın edilmiş və cəmiyyəti medianın köləsi halına gətirilmiş bir Türkiyə. Prezident kimi Ərdoğana düşən vəzifə bu həqiqətləri son illərdən fərqli bir dünyagörüşü ilə qiymətləndirmək və lazım olanı etməkdir. Bunun da ən mühüm şərti xain, yaltaq və FETÖ artığı tərəfdaşlara deyil, bu ölkə və coğrafiyanı ürəkdən sevən vicdanı və beyni azad insanlara qulaq asmaqdır.


Təcili Putin ilə razılaşmaq

Çünki Rusiya ilə razılaşan bir Ərdoğan çox qısa müddət ərzində Suriya problemin həllinə töhfə verər, İraqı parçalanmaqdan xilas edər, Misir ilə sülh və 2011-ci ildən əvvəl olduğu bölgədə hər kəsin sevdiyi lider olar. And olsun ki, bunun başqa çarəsi yoxdur və ola bilməz.


Hörmətli Prezidentim, siz də bilirsiniz, amma mən də deyim: Təhlükə çox-çox böyükdür və davam edir. Yaxınlığınızda belə ola bilər. Bu MKİ ilə zarafat olmaz, ölkənin vəziyyəti ortadadır.




Mənbə: Eastnews.org Oxunub: 442 dəfə; Tarix: 2016-08-10 10:54:14
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında