Hüsnü Mahallı: "Onlar ordunu və ziyalıları pərişan edəndə AKP onlara sərhədsiz dəstək verdi"


Eastnews.org-un verdiyi xəbərə görə, Qərbi Asiya (Yaxın Şərq) regionu, xüsusilə Suriya mövzusunda Türkiyənin aparıcı ekspertlərindən olan Hüsnü Mahallı ölkədə yaşanan hadisələrlə bağlı yeni məqalə qələmə alıb. Ekspertin "Üzr istəyin!" girişi ilə başlayan yeni məqaləsi müəllifin əlavə etdiyi 3 foto ilə birlikdə tam şəkildə təqdim edirik: 

 

"Üzr istəyin!


Bir ay əvvəl bu gün səhhətimlə bağlı məzuniyyətə çıxmışdım. Bir ay ərzində Türkiyədə və coğrafiyamızda çox şey yaşandı. "15 Temmuz" çevriliş cəhdilə bağlı yüzlərlə hekayə anladıldı, anladılır və anladılacaq. "15 Temmuz" çevriliş cəhdilə bağlı daxildə və xaricdə insanlar yüzlərlə sual soruşdu, soruşur və soruşacaq. Hər şeyin məsulu AKP iqtidarıdır. Son 30 ildə "FETÖ"çuların dövlətin bütün qurumlarına sızdığını bilməyən yoxdur. 

 

AKP-dən əvvəl bütün iqtidarlar "FETÖ"çulara hər sahədə yardım etdi.

1999-cu ilin martında "Ilımlı İslam" layihəsi üçün ABŞ-a köçən Gülən mühüm proqramlar üçün quruldu. 2002-ci ildən sonra AKP iqtidarı "FETÖ"çular üçün "Qızıl Dövr"ün başlanğıcı oldu. Həmin dövrdə bizlər Gülən üçün "FETÖ" deyərkən, "AKP"lilər 'Hoca Efendi' deyirdi. Prezident Ərdoğan, 11-ci prezident Gül, baş nazir Yıldırım və keçmiş baş nazir Davudoğlu başda olmaqla AKP-də demək olar ki, hamı "Hoca Efendi"nin ya əlini sıxmış, ya da öpərək "xeyir-dua"sını almışdır. İş dua ilə bitməmiş, AKP iqtidarı "Hoca Efendi"çilərin dövlətdə və həyatın hər sahəsində güclənib zənginləşməsi üçün sərhədsiz yardım etdi.
Bir strateji müttəfiq kimi. Sonrası da məlumdur.

Ergenekon, Balyoz, Casusluq, Andıç (Memorandum) və diğərləri. "Hoca Efendi"nin adamları ordunu, ziyalıları və vətənpərvərləri pərişan edəndə AKP siyasi iqtidar olaraq onlara sonsuz dəstək verdi. "Hoca Efendi"yə qarşı söz deyənlər vətən xaini elan edildi və hər cür hücuma məruz qaldı. "Yandaş medya" və bu medianın kalemşorları ("mirzə"ləri) it kimi qapırdı. Yaddaşlar zəif ola bilər, amma o zaman yazılan və söylənən hər şey arxivlərdə durur. İndi hamısı çıxıb "Fetö" deyir, başqa bir şey demirlər.

Yaxşı, bəs hansı üzlə?

Bu necə ikiüzlülük, xaraktersizlik, özündənrazılıq, əxlaqsızlıq və rəzillikdir? Sizdə biraz qürur olsaydı, insanların qarşısına çıxıb üzr istəyərdiniz. "Ey Türk xalqı, biz rəzil insanlarıq" deyin. Amma hardadır sizdə o qurur! Hər şeyin məsulu siz və yarındığınız AKP iqtidarıdır. "15 Temmuz" (15 İyul) çevriliş cəhdindən bu yana 70 min insan iştən çıxarıldı. Bunlar arasında Ana Yasa (Konstitusiya Məhkəməsi), Danıştay (Dövlət Şurası), Yargıtay (Ali Məhkəmə), YSK (MSK) və bənzər qurumların əməkdaşları var. Normal şərtlərdə, yəni çevriliş mühiti və OHAL (Fövqəladə Vəziyyət) olmasaydı, bunlara toxunulmazdı. Minlərlə insan həbs edildi. Məmləkətdə general qalmadı.


Yaxşı, 17-25 dekabrdan sonra "Hoca Efendi"çilərə müharibə elan edən AKP necə olur ki, qiyamçı generalları yüksək postlara gətirdi? Baş nazir Ərdoğan 2013-cü ilin fevralında MİT Müsteşarı (Kəşfiyyat rəisi) Fidana qarşı əməliyyatdan sonra niyə "FETÖ"çülardan xilas olmadı? Eyni AKP ötən zaman ərzində niyə və necə "FETÖ"çuları dövlətin çox mühüm qurumlarına yerləşdirməyi davam etdirdi? Yaxşı, madam ki, çıxarılanların siyahısı hazır idi, AKP niyə "15 Temmuz"u gözlədi? Yəni AKP niyə çevriliş etmələrinə göz yumdu? Yəni AKP niyə son 5-6 ildə heç bir mövzuda və sahədə müsbət heç bir addım atmadı? Soruşulacaq yüzlərlə sual var. Amma ən önəmlisi AKP çevrilişi 'laiqçilər"dən gözləyərkən böyük badalağı özü kimi "islamçı"lardan aldı. Yəni Suriyada "Ələvi Əsəd'i devirmək üçün özü kimi  silahlı-silahsız onlarla 'Sünni İslamçı' qruplarla həmkarlıq edən AKP Türkiyə içində özü kimi "Sünni İslamçı" camaatla qanlı-bıçaqdır. Müsəlman ölkələrinin əksəriyyətində vəziyyət bundan fərqli deyil. "Ələvi və Şiə düşmənçiliyi" mövzusunda birləşən "Sünni İslamçı" qruplar yeri gələndə bir-birini boğazına bıçaq dayayır. İqtidarlar da belədir. Sonra da bəziləri çıxıb 'İslam qardaşlığı və həmrəyliyi"ndən danışır. Yalan dediyiniz şey ancaq bu qədər böyük olur. Böyük olduğu üçün kütlələr bunu udur.

 

"15 Temmuz" gecəsi və sonrası küçələrə çıxan milyonlar ancaq "Ya Allah, Bismillah, Allahu Əkbər" deyə şüarlar səsləndirirdi. Mən "Demokratiya, azadlıq, cümhuriyyət, laiqlik və bənzər anlayışlarla" bağlı şüarlar duymadım. Bəs yaxşı, "15 Temmuz"da CHP iqtidarda olsaydı, əcəba AKP-lilər "FETÖ"çu çevrilişə qarşı küçələrə çıxardımı? Ümid edirəm, mən yanılıram, amma gedişat heç yaxşı deyil. Çünki küçəyə çıxma vərdişi əldə edən və yaxud da etdirilən kütlələr bunda belə iqtidar tərəfindən çox asan şəkildə sui-istifadə olunacaqdır.

Məsələn, Gezi kimi bir etiraza qarşı olanlar prezident Ərdoğanın bir çağırışıyla Taksimə yürüş edəcək və işlər çox qarışacaq. Ümid edirəm, AKP bunların silahlandırılması mövzusunda ciddi deyildir.
Ardıcıllıqda bundan sonra prezident Ərdoğanın nə edəcəyidir. Ya "7 Haziran"dan (7 İyun) sonra yoluna davam edər, ya da məlum siyasətlərindən imtina edib daxildə və xaricdə hamıya yeni mesajlar verə bilər.
Daxildə və xaricdə hər şey "Ərəb Baharı"yla pozuldu. Hər şey "Ərəb Baharı"nın bütün yük və öhdəliklərindən xilas olaraq bərpa edilə bilər. Öncəliklə Əsəd Suriyası ilə yenidən dost olaraq. Vallah, başqa heç bir çarəsi yoxdur. "Ələvi" Əsəd və Türkiyə ələviləri AKP və Türkiyəyə heç bir zaman heç bir pislik etmədi.

5 ildir ki, bunu söyləyirəm.
15 ildir ki, "Hoca Efendi"yə FETÖ dediyim kimi.
15 ildir ki,"FETÖ"ya "CIA"çı dediyim kimi.
15 ildir ki, AKP-lilərin buna inanmadığı, ya da inanıb susmaq yolunu seçdikləri kimi.




Mənbə: Eastnews.org Oxunub: 188 dəfə; Tarix: 2016-08-04 04:25:51
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında