Türkiyə, Misir və Səudiyyənin İsrail hökuməti ilə münasibətləri normallaşdırma rəqabəti


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Kəşfiyyat Təşkilatının keçmiş sədri Turki Feysəl İsrailin milli təhlükəsizlik orqanının keçmiş müşaviri ilə Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasətləri İnstitutunun keçirdiyi proqram çərçivəsindəki görüşündə "Ərəb ölkələrinin İran və ya digər mənbələr tərəfindən aparılan sorğulanması qarşısındakı toxunulmazlığı İsrail ilə olan əməkdaşlığı sayəsində güclənəcəkdir", deyə bəyanat verib.


İsrail ilə yaxınlaşma səylərilə yanaşı, iyul ayının əvvəllərində Misir xarici işlər naziri Səmih Şukri Təl-Əvivə gedib. Sözügedən səfər ötən son 9 il ərzində bir Misir rəsmisinin Təl-Əvivə etdiyi ilk səfərdir. Misir prezidenti aylar əvvəl də İsrail ilə sülh məsələsi haqqında danışmışdı.


Türkiyə, Misir, Səudiyyə Ərəbistanının İsrail ilə əlaqələrini normallaşdırma rəqabəti regionun terror hadisələrindən dolayı yaşadığı bu çətin dövrdə baş verir. Terror hadisələri bundan sonra bölgənin vəziyyətini daha da çətin və qarışıq bir vəziyyətə çevirəcək. Avropada istər hərbi, istər siyasi səviyyədə baş verən terror hadisələri müxtəlif cəbhələrdə artmış bir vəziyyətdədir.


Türkiyə, Misir və Səudiyyə Ərəbistanının İsrail ilə əlaqələrini normallaşdırma rəqabəti davam edərkən, digər tərəfdən Səudiyyə media, siyasət və iqtisadiyyat səviyyəsində İsrail ilə münasibətlərini düzəltmək cəhdindədir. Sözügedən hadisələr Misirin Tiran və Sənafir adalarını istisna etməsindən dolayı Riyadı Qahirə və Təl-Əvivin yanında sülh müqaviləsinin üçüncü tərəfi halına gətirib.


Türkiyənin İsrail ilə yaxınlaşmağa çalışması Türkiyə hökumətinin dövlət çevrilişi cəhdini keçib, ölkənin daxili vəziyyətini düzəltməyə çalışdığı bir dövrdə baş verir. Sözügedən ölkələr İsrailə yönəlir və bu yolla ABŞ-ın razılığını qazanmağa çalışırlar.


Ər-Riyad və Təl-Əvivin yaxınlaşmasının arxasında təkcə müqavimət cəbhəsinə zərər vermək yatmır. Bu hadisə Türkiyə və Misirin də İsrailə üz tutduqları və Təl-Əvivə həmişəkindən daha çox yaxınlaşmağa çalışdığı bir dövrdə baş verir.


Vaşinqton İsrailə yaxınlaşmaq ölçüsü olaraq Fələstin hadisəsinə son verməyi seçib və Misir ərəb dünyasında keçmiş rolunu qazanmaq üçün İsrail ilə əlaqələrini gücləndirməkdən başqa bir yolu yoxdur.


Diqqət edilməsi lazım olan bir başqa mövzu isə Türkiyə ilə Misir arasındakı soyuq münasibətidir. Bu əlaqə hər iki tərəfin də daha sürətli və sanki bir rəqabət əsasında İsrailə yaxınlaşmalarını təmin edib. Çünki Qahirə Türkiyənin Qəzzada bir çox qazanca sahib olmasına seyrçi qala bilmir. Bu qazanclardan biri Türkiyənin HƏMAS və “Müsəlman qardaşlar” cərəyanları ilə olan yaxın münasibətləridir. Misir Türkiyənin özünü İslam və sünni məzhəbinə malik bir ölkə olaraq Fələstin hadisənin mühüm tərəfdaşlarından biri kimi tanıtması qarşısında seyrçi qala bilmir. Qahirə heç bir zaman Qəzzanı əlindən qaçırmağı qəbul etməyəcək.


Nəticə olaraq Türkiyə, Misir və Səudiyyə Ərəbistanı arasında baş verən gizli rəqabət bu dəfə fələstinliləri dəstəkləmə və onlara yardım etmə üzərinə getməyəcək. Bu dəfə başda İran olmaq üzrə müqavimət cəbhəsinin bölgədəki yoluna mane olmaq və İsrail ilə birlikdə qalıb Fələstin məsələsinin həlli üçün yeni bir ön plan hazırlamaq arxasınca olduqları, Livan müqavimətinə qarşı göstərdikləri təhlükəsizlik, iqtisadi, sosial və siyasi təzyiqlərdən aydındır.




Mənbə: Rasthaber Oxunub: 246 dəfə; Tarix: 2016-07-28 15:38:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında