Mavi Mərmərə hadisəsinin canlı şahidi Türkiyə-İsrail münasibətlərindən Eastnews.org-a danışdı


Türkiyədə son günlər baş verən hadisələr hələ də gündəm mövzusu olaraq qalır. AKP hökumətinin İsrail rejimi ilə yaxınlaşması və problemin aradan qaldırılması Türkiyə daxilində birmənalı qarşılanmayıb. Çoxları Mavi Mərmərə gəmisində insanların öldürülməsini xatırladaraq İsrail rejimi ilə yaxınlaşma siyasətini tənqid edib.

 

Eastnews.org mövzu ilə əlaqədar olaraq Türkiyənin nüfuzlu insan haqları təşkilatlarından olan "Mazlumder"in xarici əlaqələr üzrə rəsmisi Rəcəb Karagözdən müsahibə alıb. Onu da qeyd edək ki, Rəcəb Karagöz həm də "Mavi Mərmərə" gəmisində Fələstinə hümanitar yardım aparan şəxslərdən olub:

 

Mavi Mərmərə gəmisində olan biri olaraq hadisələrlə bağlı nə deyə bilərsiniz?
 

Bildiyiniz kimi Mavi Mərmərə adı ilə tanınan “Fələstin Azadlıq Konvoyu” sərnişin gəmisi və humanitar yardım daşıyan yük gəmilərindən ibarət idi. Digər tərəfdən Yunanıstan, Kanada, ABŞ, İspaniya, İngiltərə, Almaniya, Türkiyə, İordaniya və Yəmən kimi 34 ölkədən olan insanların iştirak etdiyi gəmi konvoyu idi. Aralarında bir çox ölkədən olan deputatlar, təşkilat nümayəndələri və hüquq müdafiəçiləri də var idi. Bu şəxslər fərqli dini, mədəni və siyasi anlayışı olan insanlar idi.

 

Yaradılan bu koalisiyanın bir məqsədi var idi: “İsrail reiminin işğal etdiyi torpaqlara tətbiq etdiyi primitiv embarqonu dağıtmaq və embarqonun qeyri-qanuniliyini bütün dünyaya bəyan etmək”. Lakin beynəlxalq hüququ heç vaxt tanımayan işğalçı İsrail bizi də beynəlxalq sularda vuraraq hüququ tanımadığını dünyaya bir daha sübut etdi.
 

Mavi Mərmərə ilə bağlı cavablandırılmalı olan başqa suallar var. Lakin ünvanladığım sualların cavaları verilmədiyi üçün başqa vaxt da dəyərləndirilə bilər. Suallardan biri isə budur: Gəmi konvoyunun istiqaməti barədə hərəkət etmədən əvvəl Türkiyə və İsrail rəsmiləri arasında hansısa razılaşma olubmu?

 

Türkiyənin son addımı, yəni İsrail ilə əlaqələrini yenidən bərpa etməsi mövzusunu necə dəyələndirirsiniz? Sizcə, bu "Mavi Mərmərə" şəhidlərinə xəyanətdirmi? Yoxsa bundan sonra Qəzzada yaşayan fələstinlilər daha yaxşı günlər görəcək?
 

Əvvəldə də qeyd etdiyim kimi, “Qəzza Azadlıq Konvoyu” çox millətli bir koalisiya idi. Sözügedən koalisiyanın Türkiyədən üzvlərindən biri də "Mazlumder" idi. Hələ də baş katibliyini icra etdiyim qurum adına hadisələrlə bağlı mövqeyimizi ictimaiyyətə açıqladıq. Sualınıza cavab olaraq burada da təkrar edirəm. Əvvəlcə onu bildirirəm ki, Türkiyə-İsrail razılaşması içərisindəki təhlükəli və maneələrlə dolu qaydalar heç bir şəkildə tərəfimizdən qəbul edilə bilməz.

 

Bilindiyi kimi, İsrailin Aralıq dənizinin beynəlxalq sularında Mavi Mərmərə və bərabərindəki digər gəmilərə qarşı vəhşiliyi və qətliamından sonra Türkiyə ilə qopan əlaqələrinin düzəldilməsi üçün ABŞ vasitəçiliyi ilə həyata keçirilən proses 6 il aradan sonra gözlənilən sülh ilə nəticələndi. Həmçinin Türkiyə bu proseslərdə üç şərt irəli sürmüşdü: üzr istəmək, təzminat və Qəzza embarqosunun qaldırılması.

 

1) Üzr istəmək şərtinin, Obamanın 3 il əvvəl İsraili ziyarəti zamanı dövrün baş naziri Ərdoğana öz telefonundan zəng edərək İsrail baş naziri Netanyahu ilə danışdırması zamanı yerinə yetirildiyi bildirildi. Türkiyə Baş Nazirlik Aparatı mövzunu o günlərdə ictimaiyyət ilə bölüşərkən İsrail tərəfinin təzminat və məsuliyyəti boynuna götürmə qarşılığında üzr məsələsinin həll olunduğunu rəsmi saytından elan etdi. "Mazlumder"in həmin gün verdiyi israrlı suallarına baxmayaraq məsuliyyəti boynuna götürməyin mahiyyəti açıqlanmadı və bu günə qədər də dolğun cavab verilməyib.

 

2) Təzminat, sadəcə həyatını itirənlərin yaxınlarına deyil, eyni zamanda yaralananlara, bədən üzvlərini itirənlərə, qısa müddət də olsa azadlıqdan məhrum edilənlərə, gəmilərdəki maddi ziyana və mallarını və dəyərli əşyalarını itirənlərə mütləq şəkildə ödənilməlidir.

 

3) Embarqo məsələsinin isə, Qəzzanın ehtiyac duyduğu yardımların Türkiyə tərəfindən Aşdot limanı üzərindən Qəzzaya göndərilərək həll edildiyi bildirilir. Bunun Qəzzadakı çətin yaşayış tərzini az da olsa təsir edəcəyini düşünülməsinə baxmayaraq, Fələstin dövlətinin rəsmən bir parçası olan Qəzzaya yardımın İsrail üzərindən edilməsini qəbul etmək Fələstinin suverenlik haqqlarını pozmaqdır. Bundan əlavə, embarqonun rəsmən Türkiyə tərəfindən qanuni olaraq tanınması mənasını verir. Edilməsi lazım olan şey, Qəzza limanının və hava limanının yenidən inşa edilməsi və yardımların birbaşa Fələstin rəhbərliyinə təqdim edilməsidir. İsrailin cinayəti törədən əsgərləri üçün cəza mühakiməsinin ləğv olunması və bunun beynəlxalq razılaşma fonuna salınması üçün Türkiyə Böyük Millət Məclisində qəbul etdirməsi Konstitusiyanın 90-cı maddəsini açıq şəkildə pozur.

 

Xülasə əldə edilən bu razılaşma Fələstinə, Qəzzaya yeni bir şey vermədi, əksinə İsrailə və embarqoya qanunilik qazandırdı. Başqa bir sözlə dəyişən bir şey yoxdur.

 

Razılaşmadan sonra İsrail tərəfi bir neçə dəfə Fələstin torpaqlarına müxtəlif bəhanələrlə hava hücumları reallaşdırdı. Evlərə basqınlar etdi və insanları həbs etdi. Bir insan haqları müdafiəçisi və ekspert olaraq bu mövzuda nə düşünürsünüz? Razılaşma bu kimi hadisələrin sayını azalda bilərmi?
 

Qətiyyən azaltmayacaq. Belə konkret cümlə qurmağımın səbəbi, qatil İsrailin keçmişdə tətbiq etdiyi siyasətdir. Sürətini azaltmadan işğal etdiyi torpaqlar barədə hüququ tapdalayacaqdır. Fələstin torpaqlarında bir tək fələstinli qalmayana qədər qatil İsrailin soyqırıma davam edəcəyindən heç kimin şübhəsi olmasın.




Mənbə: Eastnews.org Oxunub: 564 dəfə; Tarix: 2016-07-25 12:31:20
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında