Tanınmış yəmənli jurnalist Yəməndəki hadisələrlə bağlı Eastnews.org-a danışdı


Eastnews.org Səudiyyənin Yəmənə qarşı başlatdığı müharibə, bu müharibənin başlanması və ona qədərki mərhələ ilə bağlı tanınmış yəmənli jurnalist və insan haqları fəalı, eyni zamanda Yəmənin Humanitar Yardım və İnkişaf Təşkilatının (Monarelief.org) təsisçisi Fatik əl-Rodaynidən müsahibə alıb.


Müsahibəni oxuculara təqdim edirik.
 

1. Səudiyyə nə üçün Yəmənə təcavüz etdi?  

Yəmənə Səudilərin hücumunun səbəbini başa düşmək üçün 2 il əvvəl Misirdəki hərbi çevriliş zamanı devrilmiş prezident Məhəmməd Mursinin yerinə Əbdülfəttah Sisinin gətirildiyi zaman Səudiyyənin nümayiş etdirdiyi mövqedən xəbərdar olmaq lazımdır.
 

Fakt budur ki, hazırda ömürlük həbsə məhkum edilmiş Misirin eks-prezidenti Məhəmməd Mursi, öncə istefa vermiş, daha sonra istefasını geri götürdüyünü açıqlayan Yəmənin eks-prezidenti Mansur Hadidən daha legitimdir. Çünki Mansur Hadi 2012-ci il seçkilərində yeganə namizəd idi. Onun prezidentlik müddəti körfəz ölkələrinin təşəbbüsünə əsasən 2 ili əhatə edirdi və bu da 2014-cü ildə bitdi. Mansur Hadini qanuni prezident adlandıran Səudiyyənin məqsədi onun legitimliyini qorumaqdırsa, o zaman niyə Məhəmməd Mursi Sisi tərəfindən devrilərkən Misirə müdaxilə etmədi?


Digər tərəfdən Səudiyyə rejiminin dəstəklədiyi, maliyyələşdirdiyi və silahlandirdığı Suriya müxalifəti Suriyada seçki yolu ilə seçilmiş legitim prezident Bəşər Əsədə qarşı çıxdı. Beləliklə bu müharibənin məqsədi səudiyyəlilərin bəyan etdiyi kimi legitimliyi və demokratiyanı müdafiə etmək məqsədi daşımır. Çünki Səudiyyə və bütün körfəz rejimləri dünyada ən pis diktatorluq rejimləri arasındadır.

 

2. Yəmən xalqı müharibənin səbəblərini nədə görür?

Müharibə haqda fikir yürütmək bacarığı olan düşüncə sahibləri bunun Səudiyyənin Yəmənə elan etdiyi müharibə kimi səciyyələndirir. Səudiyyə krallığı 50 ildən çoxdur ki, Yəmənə öz arxa həyəti kimi baxır.


1962-cı ilin sentybarında baş verən inqilabdan sonra Yəmən hökuməti və kabineti mühüm qərarları Səudiyyə Ərəbistanının razılığı olmadan qəbul etmirdi. İnqilabdan bəri hərbi və təhlükəsizlik rəsmiləri, siyasətçilər, jurnalistlər və qəbilə başçıları Səudiyyəni dəstəkləyirdilər. Lakin “Ənsarullah” hərəkatı Səudiyyənin Yəmənin daxili işlərinə müdaxilə etməsinə qarşı çıxdı. Səudiyyə də nəzarəti yenidən bərpa etmək üçün Yəmənə müharibə elan etdi.


“Ərəb baharı” zamanı “Ənsarullah” xalq hərəkatı ortaya çıxdı və onlar hökuməti Səudiyyənin qəyyumluğuna qarşı çıxaraq siyasi və digər məsələlərdə xalqın mənafeyinə uyğun qərarlar qəbul etməyə çağırdılar. 

2015-ci ilin mart ayında Səudiyyə Yəmənə təcavüz etməzdən əvvəl Yəməndə “Ənsarullah”a qarşı maliyyələşdirilən qəbilə şeyxlərindən, siyasi partiyalardan və dini qruplardan istifadə etdi. Hazırda Səudiyyə Ərəbistanı “Ənsarullah” xalq hərəkatına qarşı 100 milyardlarla dollar xərcləsə də məqsədlərinə çata bilmir.

 

3. Yəmən xalqı “Ənsarullah” xalq hərəkatını dəstəkləyirmi?

Biz bu suala iki dövrdən baxaraq cavab verə bilərik: Səudiyyənin Yəmənə müharibə elan etməsindən öncəki dövr və sonrakı dövr.


Birinci dövrdə az, amma kifayət sayda vətəndaş “Ənsarullah” hərəkatını dəstəkləyirdi. Husilərin dəstəkçiləri əsasən Səada, Həcca və Əmran vilayətinin sakinləri idi. Müharibədən sonra isə Husilərin tərəfdarları artmağa başladı. Hətta cənub vilayətlərinin sakinləri də “Ənsarullah” hərəkatına dəstək olmağa başladılar. Yəmən əhalisinin əksəriyyəti hesab edir ki, Husilər xarici işğalçılarla mübarizə aparan və ölkənin gələcəyini düşünən yeganə qüvvədirlər.


4. Yəməndəki hazırki sosial-iqtisadi vəziyyət hansı yerdədir?

Bu məsələyə ancaq BMT-nin Yəməndə hazırda mövcud vəziyyətlə bağlı statistikası vasitəsilə aydınlıq gətirmək olar. 2015-ci ilin mart ayından bəri, Yəməndə humanitar vəziyyət pisləşməyə doğru gedir. Uzun müddətdir və hazırda davam edən kasıbçılıq, münaqişə, zəif idarəçilik, qanunlarıın zəif işləməsi və insan hüquqlarının pozulması ölkədəki böhranı daha da dərinləşdirir.
 

2016-cı ilin əvvəlində təqribən 14.4 milyon yəmənli öz ərzaq tələbatını ödəyə bilmirdi. Onlardan 7.6 milyonu ciddi ərzaq qıtlığından əziyyət çəkirdi. 19.4 milyon insanın təmiz su və sanitariya çatışmazlığına məhkum vəziyyətdədir. Onlardan 9.8 milyonu munaqişəyə görə su mənbələrindən məhrumdur. 14.1 milyon yəmənli adekvat səhiyyə qayğısından məhrumdur. Azı 2 milyon insan evlərini tərk edərək Yəmən daxilindəki bölgələrə və ya qonşu ölkələrə köçüb. Evlərini tərk etmişlərin bəziləri qonşularda və ya kirayədə yaşayır ki, onların da ehtiyat resursları tükənmək üzrədir. Yəmən xalqının əksəriyyətinin Suriya daxil olmaqla dünyanın digər ölkələrinə nisbətdə humanitar yardıma daha çox ehtiyacı var.


Yəməndə milyonlarla insan aclıqdan əziyyət çəkir. Səudiyyə hava hücumları ilə bazarları, yaşayış məntəqələrini və sıx məskunlaşma olan müxtəlif əraziləri atəşə məruz qoyur. Davam edən münaqişə Yəmən iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərib. Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin statistikasına əsasən, 2015-ci ildə Ümumi Daxili Məhsulun təxminən 35 %-i müqaviləlidir. Hökümət əmək haqlarının yalnız bir qismini ödəyə bilib. İnfrastrukturun bərpasına və təchizata maliyyə ayrılması mümkün deyil. Bu, baza xidmətlərinin göstərilməsi məqsədilə ictimai qurumların fəaliyyəti üçün ciddi təhlükə yaradıb. Qida, dərman və yanacaq kimi əsas malların idxalına məhdudiyyətlər Yəmənin humanitar ehtiyacları o dərəcədə pisləşdirib ki, ölkə lifli qidaların 90%-dən çoxu, dərmanların və farmasetiklərin 90%-i və yanacaq məhsullarının təxminən hamısı idxaldan asılıdır. Yanacaq idxalı su stansiyalarında su nasoslarının enerji ilə təminatı üçün, xəstəxanalarda generatorların işə salınmasında və digər vacib mülki ifrastrukturlarda mühüm əhəmiyyətə malikdir.


5. Yəmən əhalisinin səhiyyə sahəsində vəziyyəti hansı yerdədir?

 Yəməndə 21 milyon əhalinin humanitar yardıma ehtiyacı var. Ölkədə qəddar silahlı qarşıdurma onsuz da bərbad olan səhiyyə sistemini ölkənin bəzi yerlərində tamamilə iflic edib. Məhdudiyyət və digər kommersiya çətinlikləri səbəbiylə həyati əhəmiyyətli dərman, tibbi ləvazimatlar və vəsaitlərin 30 %-dən daha azı Yəmənə daxil olur. Dünya Səhiyyə Təşkilatına görə, bütün səhiyyə müəssisələrinin 25 %-i bağlanıb.

Hazırda fəaliyyətdə olanların əksəriyyəti minimum səviyyədə fəaliyyət göstərir və onların tibbi personala, dərmanlar və tibbi ləvazimatlara ciddi ehtiyacları var. Səhiyyə sistemində xidmət əhəmiyyətli dərəcədə zəifləyib. Səhiyyə sistemi demək olar ki, çöküb. Keçən il 10 min yəmənli uşaq qarşısı alına bilən xəstəliklərdən, məsələn, Kanadada 1800-cü ildən bəri görünməyən vəba və dizenteriyadan vəfat edib. Minlərlə günahsız insan müharibənin getdiyi yerlərdə tutularaq yaralanmış və ya öldürülmüşlər. 

Ölkədə insan ölümü adiləşib. Bombalar məhəllələri, bazarları, məktəbləri, xəstəxanaları, yolları və körpüləri yerlə yeksan edib. Hətta müharibə sabah dayandırılsa belə, Yəmən xalqına təkcə yaşamaq və yenidənqurma işləri üçün böyük məbləğdə yardım lazımdır. Əslində biz mümkün olandan da çox şey etməliyik ki, dünyada ən mürəkkəb humanitar fəlakəti həll edək. 2016-cı ilin iyun ayında tibb müəssisələri məlumat verir ki, 6.500 nəfər vəfat edib. 2015-ci ilin mart ayının ortalarından bəri 31.400 nəfərdən çox insan yaralanıbdır ki, bu da orta hesabla gündə 113 ölüm halı deməkdir. Bu zaman müddətində 848 nəfərdən çox uşaq əsgər kimi məcburi xidmətə cəlb olunub. Münaqişənin nəticəsi olaraq 600-dən çox səhiyyə müəssisəsi və 1600 məktəb hələ də bağlı vəziyyətdədir.

6. BMT-nin statistikasına əsasən, Yəmən xalqının 70%-i aclıqla mübarizə aparır. Yəmənə xarici ölkələrdən ərzaq yardımları gəlirmi? Gəlirsə, bu yardımları hansı ölkələr göndərir?

 Humanitar tərəfdaşlar 2016-cı ildə Yəmən ərazisində 13.6 milyon insanın həyatını xilas etmək üçün humanitar  yardım planlaşdırırlar ki, bunlar da tibb, ərzaq və yemək, həmçinin sadə vətəndaşların qorunmasıdır. Giriş və təhlükəsizlikdə problemlərin olmasına baxmayaraq, 100-dək beynəlxalq humanitar təşkilat milli tərəfdaşlarla birgə 22 əyalətin hamısında ehtiyacların ödənilməsində iştirak edir. 2016-cı ilin yanvarından  aprelinədək 3,5 milyon insan sağlamlıq xitməti ilə təmin olunub. 250 min nəfər qidalanma dəstəyi ilə, 270 mindən çox sığınacaq və qeyri-ərzaq maddələri ilə, 360 mindən çox insan təhsil dəstəyi ilə təmin edilib.


100 mindən çox miqrant və qaçqına yardım edilib. Orta hesabla  4,5 milyon insan hər ay müntəzəm olaraq təcili qida yardımı alır. 2016-cı ildə humanitar tərəfdaşlar 1,8 milyard ABŞ dolları üçün müraciət edib. Lakin iyunun sonunadək maliyyənin yalnız 25%-i qəbul edilib. Əslində Yəmənə göndərilən qida yardımının ən çox hissəsi BMT-nin Humanitar İşlər üzrə Koordinasiya İdarəsi (UNOCHA) vasitəsilə gəldi.


Belə ki, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt kimi körfəz ölkələri və digər dövlətlər isə cənub əyalətlərinə ərzaq yardımı göndərir. Bu ölkələr Sənadakı Humanitar İşlər üzrə Koordinasiya İdarəsi ofisi istisna olmaqla, şimal əyalətlərinə dəstək vermir. Şimalda yerli şirkətlərin və yerli QHT-lərin öz vəsaitlərindən asılı olaraq məcburi köçkün və aztəminatlı ailələrə kömək edən bəzi yerli xeyriyyə təşkilatları var.


7. Dənizdən və havadan Yəməninin blokadası hələ də davam edirmi?

Müharibə başlayarkən Səudiyyə döyüş təyyarələri, gəmiləri, artilleriyası və raketləri əsasən dinc vətəndaşları, ölkənin infrastrukturunu, məktəbləri, xəstəxanaları, maşın yollarını, iqtisadi müəssisələri, elektrik zavodlarını və s. yerləri hədəfə aldı. Yəmənə gələn və Yəməndən gedən yəmənlilər təhqir edilirdi və Səudiyyə hava limanlarında onlara qarşı çox pis rəftar olunurdu. Dəniz limanları və hava məkanı Səudiyyə rejimi tərəfindən hədəfə alınmışdı. Səudiyyənin döyüş müttəfiqləri Yəməni dənizdən tam blokadaya almışdılar. Onlar yanacaq gəmilərinin girişinə, qida məhsullarının və dərman məmulatlarının boşaldılmasına icazə vermədilər və indi də vəziyyət bu cürdür.

 

8. BMT-nin Səudiyyəni uşaq qatili elan edərək “qara siyahı”ya salmasına və daha sonra müəmmalı şəkildə siyahıdan çıxarmasına münasibətiniz necədir?

Mənim fikrimcə, BMT-nin Səudiyyəni uşaq qatili elan edərək “qara siyahı”ya salması ən yaxşı qərar idi.

Bu qərarla BMT müstəqil tərəf olduğu nümayiş etdirdi. Lakin Səudiyyə və körfəz ölkələrindəki digər müttəfiqlərinin BMT-yə ayrılan maliyyəni kəsməklə təhdid etməsindən sonra Səudiyyə rejimi “qara siyahı”dan çıxarıldı.


9. Səudiyyənin dəfələrlə yəmənli tərəflərlə atəşkəs müqaviləsi imzalasa da hər dəfə bunun pozulmasında səbəb nədir?

Bu məsələ ilə bağlı istər Səudiyyə tərəfi olsun, istərsə də Yəmən tərəfi, bir-birinə daha güclü olmalarını nümayiş etdirirlər və güc metoduna üstünlük verirlər.


10. Bəzi xarici media orqanları Yəməndəki müharibəni sünni-şiə müharibəsi kimi səciyyələndirir. Siz bunu doğru sayırsınızmı?

Çoxları Yəmən münaqişəsini sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında bir məzhəb müharibəsi kimi təsvir edir ki, bu da Yəməndəki daxili fikir ayrılıqlarının ciddiliyini azaldır. Bu iki regional supergüclərin bu münaqişəyə cəlb edilməsi, necə deyərlər, müsəlman dünyasına təsir etmək üçün böyük daxili mübarizə rolunu oynayır.

Yəmən və Suriyadakı döyüşlər Səudiyyə Ərəbistanı və İran arasında açıq təhlükəli qarşıdurmaya səbəb olur. Lakin bu konflikt yer üzünə “Əl-Qaidə”, “İŞİD” və digər radikal qruplar tərəfindən gətirilib. Mənim fikrimə gəldikdəsə, mən bu münaqişəni xarici medianın təsvir etdiyi tərzdə görmürəm. Düşünürəm ki, bu münaqişə hər kəsin tətbiq etmək istədiyi məqsədli hakimiyyət münaqişəsidir.


11. Yəmənli insan haqları fəalı və jurnalist olaraq Küveytdəki Yəmən sülh danışıqlarından hansı gözləntiləriniz var?

Bir jurnalist kimi mənim fikrim budur ki, sülh danışıqları uğursuzluqla nəticələnəcək. Onlar danışıqlar zamanı güzəşt təkliflərini rədd etsələr, bütün siyasi komponentlər hazırki vəziyyətdə heç bir həlletməyə nail olmayacaq. Məncə, müharibə hələ 3-4 il də davam edəcək. Ümid edirəm ki, gözləntilərim yanlış olacaq.

 

12. Xalq olaraq hərbi, yoxsa siyasi həllin tərəfdarısız?

Mən və bütün Yəmən xalqı siyasi həll tərəfdarıyıq. Amma məncə bu suala heç kim tam cavab verə bilməz.




Mənbə: Eastnews.org Oxunub: 1169 dəfə; Tarix: 2016-07-12 15:49:26
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında