Hüsnü Mahallı: "Sünni İsrail dövləti"


Eastnews.org Hüsnü Mahallının "Sünni İsrail" adlı yeni yazısını izləyicilərə təqdim edir. Yazıda Türkiyənin İsraillə yaxınlaşma siyasətinə və HƏMAS-la bağlı detallara toxunulub.


AKP "Menderesin davamıyıq" deyir. Menderes gələr-gəlməz kommunistlərə müharibə elan etdi, Türkiyəni NATO-ya, Bağdad Paktı və SENTO-ya saldı, Koreyaya hərbi qüvvə göndərdi, dövrün İsrail baş naziri Ben Gorion ilə gizli görüşlər keçirdi, Suriya sərhədinə bir milyon mina döşədi və daha nələr, nələr.


Bəs AKP nə etdi? İşə ABŞ-dakı yəhudi lobbisi ilə başladı. Onlar da dövrün baş naziri Ərdoğana BYL (Böyük Yaxın Şərq Layihəsi) həmsədri dedi. Bu da kifayət etmədi, "Cəsarət mükafatı" verdilər. Ərdoğan İsrailə gedib Şaron ilə görüşdü. Əlaqələr sürətlə inkişaf edirdi. 2008-ci ilin dekabrında Olmert Suriya ilə bağlı sülh məsələsində Ərdoğanı aldadıb Qəzzaya hücum etməsəydi, hər şey yaxşı gedirdi. İslamçı bir partiya olaraq rəhmətlik Ərbakanın "sionizm, yəhudilik, qatil İsrail" kimi anlayışları unudulmuşdu. Gerisi bildiyiniz hekayədir. 


Mavi Mərmərə, "One minute", alçaq kreslo və yenidən "hər şeyi İsraillə əlaqələndirmək" təbliğatı. Amma hamısı boş çıxdı. AKP regionda və dünyada tək qaldı. Yeni dostlar tapmalıydı. Körfəzin köhnə, primitiv və fanatik kral, əmr və şeyxləri ilə bu iş olmurdu. Üstəlik, bu kral, əmir və şeyxlər İsrailin dostuydu. Xüsusilə səudiyyəli və qətərli şeyxlər. ABŞ-dakı yəhudi lobbiləri onları çox sevir. Xülasə, proses tamamdır. Üçbucaq dördbucaq oldu. Sünni üçlük ittifaqına bir ədəd sünni yəhudi müttəfiq əlavə olundu. Küllənmiş məhəbbət yenidən alovlandı. AKP-yə səs verən insanlara indi sadəcə susmaq qalır. Tərəfdar medianın qələm sahibləri tezliklə Təl-Əvivin yolunu tutar və yəhudi lobbilərinin rəhmətini qazanmaq üçün mədhiyyələr yarışı başlayar.


MOSSAD artıq Türkiyənin dostudur. Cümə günü prezident Ərdoğan Sultan Əbdülhəmidin "Ulduz Sarayı"nda HƏMAS lideri Xalid Məşəl ilə görüşərkən MKT rəsmisi Hakan Fidan həmkarı MOSSAD sədri Yossi Koen ilə yaxın bir yerdə HƏMAS-ı Türkiyədən çıxarma əməliyyatı barədə danışırdı. Bu hadisədən iki gün əvvəl HƏMAS rərmisi Haniyə, "Bəzi ərəb ölkələri ilə sünni müsəlman ölkələrinin son dövr İsrail dostluğu bir xəyanətdir", deyirdi. Anlamaq üçün gecikmişdi. 

2011-ci ildə Xalid Məşələ "Nə oturursan qatil ələvi Əsədin yanında?", deyib onu Dəməşqdən çıxaran sünni müsəlman ölkələri HƏMAS-ı bir daha satmışdı. HƏMAS buna layiq idi. Suriya HƏMAS-ı və Fələstin xalqının mübarizəsini yiyələnən yeganə ərəb və müsəlman ölkədir. Ərəb və əksər müsəlman ölkələr fərqli zaman və şəraitdə Fələstin mübarizəsinə həmişə xəyanət ediblər. Əgər bu gün Suriyanın başına bu qədər bəla gəlibsə, bunun bir səbəbi var: Fələstin xalqının mübarizəsini yiyələnmək və imperializmə qarşı amansız müqavimət göstərmək. Yəni satılmamaq. İşin mahiyyəti budur.


AKP artıq İsrailin dostudur. Qarşılığı verilsə, İsrail AKP-yə hər məsələdə kömək edər. "Həqiqi müsəlman AKP", "ən qatı yəhudi Netanyahu"nu sevmək məcburiyyətindədir. Başqa şansı yoxdur. Qəzza embarqosu aradan qaldırılmayacaq. Türkiyə yardımlarının Qəzzaya çatdırılması şərti türk xalqını aldatmaq üçün uydurulub. İsrail təbii qazı başqa bir saxtakarlıqdır. Gülən "paralelçiləri"ni İsrail tərəfdaşı elan edən və son üç ildə bu ritorika üzərindən bir çox hekayə danışan AKP indi artıq özü İsrail tərəfdaşıdır. Özü də rəsmən. Dövlət, hökumət, ordu, kəşfiyyat və bütün qurumları.


AKP yeni və çox təhlükəli oyun arxasınca gedir. Suriya və İraqda bacarıqsız olan AKP və müttəfiqi kral, əmir və şeyxlər indi İsraildən yardım umur. Daha çox ələvi, şiə, kürd, türk, ərəb, yezidi və Nildən Fərat qədər məkanda yaşayanlar ölsün deyə.




Mənbə: Eastnews.org Oxunub: 620 dəfə; Tarix: 2016-06-27 15:18:59
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında