Türkiyə prezidenti "Nusra Cəbhəsi"nin terrorçu olmadığını iddia etdi, bəs əslində?


Eastnews.org-un araşdırmasına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən iftar yeməyində etdiyi çıxışı zamanı "Nusra Cəbhəsi"nə terrorçu deyənləri qınayıb. O, çıxışında sual edərək bildirib ki, hansı səbəblə "Nusra Cəbhəsi"ə terrorçu qruplaşma deyilir?  

Dövlət başçısının sualına cavab tapmaq üçün "Nusra Cəbhəsi"nin kimliyinə və dəstəkçilərinin kim olmasına qısaca göz gəzdirək.

Vəhhabi zehniyyətli "Nusra Cəbhəsi" terrorçu qruplaşması 2011-ci ilin sentyabr ayından etibarən Suriyada terror aktları törətməyə başlayıb. Buna baxmayaraq "Nusra Cəbhəsi"nin İraqdakı fəaliyyət tarixi 2003-cü ilin əvvəllərinə qədər gedib çıxır. 


"Nusra Cəbhəsi" terrorçu qruplaşmasının qurucu lideri Məhəmməd əl Colanidir. Colaninin əsl adının Usamə əl Hədəvi olduğu qeyd olunur. Terrorçu qruplaşmanın məqsədinin Suriya prezidenti Bəşər Əsədi devirərək hakimiyyətə gəlmək olduğu bildirilir. 

"Nusra Cəbhəsi" ilk yarandığı gündən bəri "əl-Qaidə" terrorçu qruplaşmasının Suriya qanadı kimi tanınır. ABŞ ordusu İraqdan çıxdıqdan sonra "Nusra Cəbhəsi" terrorçuları bu ölkədəki fəaliyyətlərini daha da genişləndirdi. 2011-ci ildə qruplaşma üzvləri İraqdan Suriyaya keçərək bu ölkədə terrorçuluq əməllərinə davam etdilər. İlk illərdə terrorçu qruplaşmanın 2 minə yaxın xüsusi təlim görmüş üzvü olsa da, sonrakı illərdə üzvlərin sayı 5 və 6 min arası dəyişdi. 


Terrorçu qruplaşmanın liderləri və yüksəkçinli komandirlərinin əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir. Türkiyənin və Qətərin dəfələrlə "Nusra Cəbhəsi" terrorçularına dəstək verməklə gündəmə gəlməsi uzun müddət müzakirələrə səbəb oldu. Həmçinin Türkiyə ərazisində Nusra terrorçularının müalicə, müayinə olunması xəbərləri də mediada kifayət qədər yayımlandı.


Bəzi mənbələrdə iddia olunur ki, Colani və Əbubəkr Bağdadi əvvəldən bir yerdə olsalar da, 2013-cü ildə İŞİD-in qurulmasının elanından sonra hər iki terrorçunun arası dəyib. Belə ki, Colani və Bağdadi özlərini "xəlifə" hesab edir. Colaninin internetdə və yaxud mətbuatda heç bir fotosunun olmaması da dünya mediasında müxtəlif suallara səbəb olub. 


19 dekabr 2013-cü ildə Colani "əl-Cəzirə" telekanalına video müsahibə versə də, yenə onun simasını görmək mümkün olmayıb.

("Nusra Cəbhəsi" lideri Colani əl-Cəzirə telekanalına müsahibə verərkən)

İlk dövrlərdə 5-6 min kamikadze, 100 minlik müxalif cəbhədəki varlığı çox əhəmiyyət verilməyən "Nusra Cəbhəsi", son dövrdə əldə etdiyi ağır silahlarla təşkil etdiyi qanlı terror aktlarının ardından gündəmə gəldi. "Nusra Cəbhəsi" ötən ilin aprel ayında "əl-Qaidə" ilə əlaqəsini qəbul etməsi ilə diqqətləri üzərinə çəkdi.

 

İŞİD lideri Əbubəkr Bağdadi 9 aprel 2013-cü il tarixində "Nusra Cəbhəsi" ilə birləşdiklərini açıqladı. 1 gün sonra (red - 10 aprel 2013) "Nusra Cəbhəsi" lideri Colani İŞİD ilə birləşmədiklərini və "əl Qaidə" terrorçu qruplaşmasına bağlı olduqlarını açıqladı. Bu barədə məlumatı yayan BBC Colaninin Suriyadakı fəaliyyət xətlərini dəyişdirməyəcəyini bildirdi.
 

Rusiya xarici işlər naziri Sergey Lavrov 2013-cü ilin iyul ayının 9-da verdiyi açıqlamada "Nusra Cəbhəsi" terrorçu qruplaşmasının Suriyanın şimalında 120-i uşaq olmaqla 450-i kürdü öldürdüyünü qeyd etdi.
 

ABŞ-ın "terror siyahısına əlavə etdiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının "qara siyahı"a aldığı həmin bu təşkilat, Avstraliya və Böyük Britaniya tərəfindən də terror təşkilatı olaraq qəbul edilir.


Maraqlısı budur ki, bütün bunlara baxmayaraq Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının lideri və prezident Receb Tayyib Ərdoğan dəfələrlə "Nusra Cəbhəsi"ni "mülayim müxalifət" olaraq xarakterizə edib. 




Mənbə: Eastnews.org Oxunub: 825 dəfə; Tarix: 2016-06-23 15:55:33
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında