Suriya, İran və Rusiya üçlüyü Hələbdə ən böyük əməliyyata hazırlaşır


Qərb ölkələrinin İŞİD ilə mübarizə edirik bəhanəsi ilə Suriyanın şimalına əsgər və hərbçi göndərməsindən sonra Rusiya, İran və Suriyanın da Hələbdə hadisələrə son verəcək böyük bir müharibə üçün hazırlaşdığı bildirilib.


İmperialist dövlətlərin xüsusi xidmət orqanlarının Suriya torpaqlarında apardıqları geniş fəaliyyətlərin kölgəsi altında, son zamanlarda Böyük Britaniya, Fransa və Almaniyanın hərbi qüvvələrinin də ABŞ-ın yaratdığı koalisiya qüvvələrinə qoşulması ilə birlikdə Suriya Demokratik Qüvvələrinin İŞİD əleyhinə davam etdirdikləri əməliyyatlar daha da şiddətlənib. Bəzi xəbərlərə görə, türkiyəli zabitlər də Laziqiyənin şimal bölgəsinə yerləşmiş vəziyyətdədir və Almaniya isə amerikalı və fransız hərbi qüvvələri ilə birlikdə Suriya Demokratik Qüvvələrinə Hələbdəki döyüşlərdə yardım edir.


Bundan əlavə ötən həftə Tehranda İran, Rusiya və Suriya müdafiə nazirləri üçtərəfli iclas keçirmişdi. Ekspertlər, bu görüşün Suriyadakı prosesləri təhlil etmək və Suriya böhranının şiddətlənməsi ehtimalına qarşı alternativ planların həyata keçirilməsi üçün reallaşdığını bildirir.


İran, Rusiya və Suriya müdafiə nazirləri təşkil olunan yığıncaqda İŞİD-in qalası hesab olunan Rəqqa şəhərinə hücum mövzusunu da müzakirə ediblər.
Heç şübhəsiz ki, qərblilər, müqavimət cəbhəsinin son zamanlardakı irəliləyişinə qarşılıq olaraq, bölgədə, xüsusilə Hələb ətrafı, Rəqqa və Deyr əz-Zorda müvəffəqiyyət əldə edib siyasi danışıqlarda müxaliflərin əlini gücləndirmək istəyirlər.


Necə ki, bu gün Suriyanın şimal cəbhəsi, müqavimət cəbhəsi ilə ABŞ cəbhəsinin İŞİD ilə mübarizədə rəqabətinə şahid olur. Suriya ordusu strateji əhəmiyyətli Təbəqə şəhərinə doğru irəliləyir və Rəqqa ilə Deyr əz-Zor şəhərini terrorçulardan almağa çalışır.


Digər tərəfdən Suriya və müttəfiqlərinin Hələbdəki döyüşləri davam edir. Xəbər qaynaqlarının verdiyi məlumata görə, Rusiya, İranın Hələb əməliyyatlarının döyüşün taleyini təyin etmək mövzusundakı fikirini qəbul edib. Hələb döyüşü çox böyük qələbəni özü ilə gətirəcək və Suriyada mənzərə tamamilə dəyişəcək. İran, Rusiya və Suriya müdafiə nazirlərinin iclasının əsas mövzusunun da Hələb döyüşü olduğu iddia edilir.


Buna görə Hələb və ətrafı mövzusunda irəlidəki günlərdə reallaşacaq dəyişikliklər haqqındakı suallar Suriya ordusunun strateji əhəmiyyətə sahib olan Təbəqə hava limanına doğru irəliləməsiylə birlikdə ciddi uğur qazanıb. Çünki bu hava limanı həyata keçiriləcək quru əməliyyatından sonra Deyr əz-Zorun qurtarılması və Rəqqa hücumlarının şiddətlənməsində istifadə edilə bilər.


Amerkalılar çox yaxşı bilirlər ki, özbaşına davranıb Demokratik Qüvvələri və digər terrorçu qruplaşmaları bundan daha çox dəstəkləyib İŞİD ilə döyüşə bilməz. Çünki onlar bu qruplaşmaların qısa dövrdə zəifləməsini istəmirlər.


Buna görə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya əsgər və zabitlərini bu günki şərtlərdə əhəmiyyət daşıyan Suriyanın şimal bölgələrinə göndərdilər. Bunun mənası budur ki, amerkalılar, son günlərdə İŞİD əleyhinə davam etdirilən əməliyyatları Suriyanın şimalında geniş bir sahəyə yayaraq silahlı terror qruplaşmalarının lehinə bitirmək üçün qərar alıblar. Bununla da sonrakı mərhələlərdə bu bölgələri ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın qoruması altında olan etibarlı bölgə halına gətirməyi planlaşdırırlar.




Mənbə: On4haber.com Oxunub: 277 dəfə; Tarix: 2016-06-18 14:34:37
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında