Səudiyyə Ərəbistanının İran düşmənçiliyi beynəlxalq səviyyəyə çatıb


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının İran əleyhinə strategiyasını genişləndirdiyini və Yaxın Şərqin də xaricində müxtəlif ölkələri Tehrana qarşı birləşdirməyə çalışdığı bildirilib.


Salman ibn Əbdüləziz krallığı altındakı Səudiyyə Ərəbistanı Yaxın Şərqdən başqa bölgələrdə də, İran ilə münaqişəni böyütməyə çalışır. Səudiyyə Ərəbistanının ərəb dünyasından başqa İran ilə qarşıdurma hədəfləri yanaşı, artıq qərb müttəfiqlərinə hədsiz bağlılığı yoxdur.


Salman ötən ilin əvvəllərində hakimiyyətə gəldikdə İran ilə 5+1 ölkələri arasında (Amerika, İngiltərə, Fransa, Rusiya, Çin və əlavə olaraq Almaniya) nüvə müqaviləsi imzalandı. Ər-Riyad da strategiyasını İranın Afrika, Asiya və hətta Latın Amerikasındakı nüfuzuyla mübarizə üçün istifadə etdi. Ərəbistan İslami kanallardan müxtəlif ölkələri İran ilə əlaqələrini kəsən ölkələrə qatmaq üçün istifadə edir. ‘Terrorizmə Qarşı İslamı Koalisiya’nın İranı dəvət etmədən yaradılmasını buna misal olaraq göstərmək olar. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl- Cubeyr keçdiyimiz günlərdə keçirdiyi mətbuat konfransında bunları deyib: "İran terrorizmi dəstəkləməklə özünü təcrid edən bir ölkədir. Bu səbəbdən dünya, xüsusilə İslam dünyası İrana reaksiya göstərir və əslində ‘artıq kifayətdir’ deyir”.

 

İranın “Hizbullah”ı dəstəkləməsinin ər-Riyadın narahatlıqlarından biri olduğu və Ərəbistanın bu baxımdan Livanın İran xalqının Ərəbistan səfirliyi qarşısında şiələrin nüfuzlu din alimlərindən Şeyx Nimrin Səudiyyə Ərəbistanı tərəfindən edam edilməsinə etirazını qınamasından sonra Beyrut hökumətinə hərbi yardımını kəsdiyini qeyd edilib.


Bunlar ər-Riyadın İranın ərəb ölkələrindəki ölümcül fəaliyyətləri kimi gördüyü təşəbbüslərinin böyüməsini əngəlləmək üçün Ərəbistanın diplomatik, iqtisadi və hərbi səylərinin bir hissəsidir.

 

Səudiyyə Ərəbistanı ötən il noyabr ayında terrorizmə qarşı koalisiya yaradaraq, Pakistan və Malayziya kimi Yaxın Şərqdən kənar ölkələrinin də İrana qarşı dəstəklərini qazanmaq istəyir.


Ərəbistanın bu strategiyası qismən yanvar ayında tətbiq edilən nüvə müqaviləsinə qarşı reaksiyadır. Ər-Riyad sanksiyaların aradan qalxmasıyla, İranın dünya səviyyəsindəki qazancının artacağının da  narahatlığını keçirir. Ərəbistan qərbdə əsas müttəfiqi olan Vaşinqtonun zaman keçdikcə bölgədən geri çəkiləcəyindən də narahat olur.


Ərəbistan Daxili İşlər Nazirliyi ilə yaxın əlaqələri olan İraq təhlükəsizlik mütəxəssisi Mustafa Aleni belə deyir: "Ərəbistanın Salman qaynaqlanan strategiyasına görə, İranın nüfuzunun artmasının səbəbi sadəcə heç kimin İran qarşısında olmamasıdır”.


34 müsəlman ölkəsinin baş qərargah rəisləri mart ayının sonlarında hərbi təlimdə iştirak edəndə Ali Səuda bağlı Səudiyyə qəzetlərindən “əl-Şərq əl-Əvsət”də İrana giriş qadağası barədə yazılan bukletləri paylayan döyüş təyyarələrini göstərən bir karikatura dərc olunub.


Koalisiya hazırda irəliləyişdədir və Ramazan ayında əməkdaşlıq mərkəzi açmaq istəyir. Səudiyyə müdafiə nazirinin müavini Əhmədə əl-Əsiri bu koalisiya haqqında "Nvbəti addım müdafiə nazirləri görüşüdür, bu görüş Ramazan ayında reallaşa bilər və eyni zamanda Ər-Riyadda əməkdaşlıq mərkəzi yaratmaq üçün də hazırlaşırıq”, deyib.


Mərkəzdə üzv hər ölkədən daimi üzvlər olacaq və ölkələr hər hansı bir münaqişədə bu mərkəzdən yarDım tələb edə, ya da hərbi, təhlükəsizlik və digər yardım təklifləri verə bilər. Bu koalisiyanın əsas məqsədinin İrana nəzarət etmək olduğunu açıq şəkildə deməsə belə, bu koalisiya Tehran, İraq və İranın müttəfiqlərini əhatə etmir. Bu koalisiya həmçinin bəzi qərb mediasının ‘İran və şiə müttəfiqlərinin İŞİD ilə mübarizəsinə baxmayaraq, Ərəbistanın ekstremistləri bəzi sahələrdə dəstəklədiyi’nə dair verdiyi açıqlamalarına da qarşı çıxmaq istəyir.


Ər-Riyad koalisiya yaratmaqla yanaşı, Hindistanın dəstəyini qazanmaq da istəyir və bu ölkəni İranı təcrid etməsi üçün qızışdırmağa çalışır, amma indiyə qədər fərqli nəticələr əldə edib. Ötən ay hər iki ölkəyə gedən Hindistan baş naziri Narendra Modinin səfərindən sonras Ərəbistanın Hindistana enerji satışı iki dəfə artıb. Ancaq Yeni Dehli eyni zamanda İranda bir liman inşa etmək üçün dərazılıq əldə edib.


Səudiyyəli bir analitik belə deyir: "Bir qismi İran ilə mübarizə məqsədilə reallaşan ötən il keçirilən Cənubi Amerika və Ərəb Birliyi ölkələri görüşündə Ər-Riyadın ev sahibliyi etməsini Səudiyyə Ərəbistanının İranla mübarizəsindəki başqa bir səyi kimi göstərmək olar”.


Bəzi Afrika ölkələri bir neçə ay əvvəl Ərəbistanın təzyiqlərilə İranla diplomatik əlaqələri kəsdi. Ötən həftənin bazar ertəsi günü Zambiya prezidenti ər-Riyada rəsmi səfərdə İran əleyhinə bəyanatlar verdi. Ərəbistanın təzyiqlərilə İranla əlaqələrini kəsən ölkələr arasında Sudan, Cibuti və Somali də var.

 

Yanvar ayında “Reuters” bir sənəd ələ keçirmiş və bu sənəddə Somalidə Moqadişu hökumətinin İran ilə əlaqələrini kəsmədən qısa bir müddət əvvəl Ərəbistandan 50 milyon dollarlıq yardım paketi aldığına işarə edilir.


Bütövlükdə ər-Riyad İran əleyhinə yanaşmanın uğurlu olduğuna inanır. Ancaq Qətərin “Corctaun” universitetindən bir professor qazanan və itirənləri müəyyənləşdirmək üçün hələ çox erkən olduğunu deyir.




Mənbə: Reuters Oxunub: 394 dəfə; Tarix: 2016-06-07 15:46:10
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında