11 sentyabr hadisəsində Səudiyyənin rolu - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-da törədilən 11 sentyabr hücumunu araşdıran komissiyanın Respublikaçı üzvü Con Lehman Səudiyyənin hücumda əhəmiyyətli rolu olduğunu iddia edib. 11 sentyabrda Səudiyyə Ərəbistanının əli olduğuna dair tezislər irəli sürən keçmiş komissiya üzvü, ABŞ prezidenti Barak Obamanı dəlilləri ictimaiyyət ilə bölüşməyə çağırıb.


Lehman hadisədə adı çəkilən 19 nəfərdən 15-inin Səudiyyə Ərəbistanında yaşadığını bildirib. Səudiyyə hökuməti üçün çalışan şəxslərin prosesə zərbə endirdiyini deyən Lehman, "Hesabatın son vəziyyəti qətiyyən Səudiyyə Ərəbistanının bəraəti kimi oxunmamalıdır", deyib.


Komissiyanın sədri və Nyu Cersinin keçmiş Respublikaçı qubernatoru Tom Ken ilə komissiya müavini və İndiana ştatının keçmiş konqresmeni Li Hamilton da, həmçinin terrorla mübarizə məsələsində Səudiyyəni ABŞ-a müttəfiqi kimi qiymətləndirib, istintaq prosesinə yalnız bir keçmiş Səudiyyə diplomatının daxil olduğunu deyiblər. Səudiyyə diplomatı Fahad əl-Tumairi hücumda iştirak edən iki Səudiyyə dəniz quldurunu dəstəkləməkdə günahlandıraraq ölkəsinə ekstradisiya edilib, ancaq mühakimə olunmayıb və cəzalandırılmayıb.

 

Lehman isə azı 5 Səudiyyə diplomatının prosesə daxil olduğunu, komissiyanın bunun fərqində olduğunu, komissiya sədrinin və müavininin oyunun içində olduğunu deyib. O, Səud kral ailəsinin 11 sentyabr hadisələrinə qarışmadığını və “əl-Qaidə”ni dəstəklədiyini düşünməsə də, Səudiyyə hökumətindəki şəxslərin təşkilatlarla əlaqədə olduğunu bildirib.


Adı açıqlanmayan başqa bir komissiya üzvü də "Səudiyyəlilər üzərində düşünməliydik, amma görünən odur ki, kifayət qədər düşünmədik" sözlərini dilə gətirərək, 28 səhifəlik hesabatın səhvlərlə dolu oduğunu qeyd edib.




Mənbə: Welayet News Oxunub: 479 dəfə; Tarix: 2016-05-13 16:35:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında